AZ

Medvedev Zelenskinin vurulmasının anonsunu verdi

“Volodimir Zelenski Rusiya Federasiyası üçün qanuni hərbi hədəfdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, Zelenski “düşmən rejimin başçısı” kimi Rusiya üçün legitim hədəfdir:

“Məlumdur ki, bu gün, mayın 20-də Zelenskinin prezidentlik müddəti başa çatır. Ukraynada prezident seçkiləri 2024-cü il martın 31-də, yeni seçilmiş dövlət başçısının andiçmə mərasimi isə mayda baş tutmalı idi. Lakin hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq səsvermə ləğv edilib. Zelenski bəyan edib ki, indi seçkilər üçün müvafiq vaxt deyil. Rusiya üçün Ukraynanın keçmiş psevdo-prezidentinin legitimliyini yekunlaşması heç nəyi dəyişməyəcək. O, artıq bizə qarşı müharibə aparan Rusiyaya düşmən olan siyasi rejimə rəhbərlik edir. Müharibə aparan ölkələrin liderləri isə hər zaman qanuni hərbi hədəflər hesab edilirlər. Bizim üçün Zelenski  artıq hərbi cinayətkardır və onun rəsmi statusunu itirməsi heç nəyi dəyişmir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
bakuinform.agency

2Mənbələr