AZ

"Fənərbaxça"nın futbolçusu karyerasını başa vurur

"Fənərbaxça"nın müdafiəçisi Leonardo Bonuççi gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Yayda Türkiyə klubu ilə müqaviləsi başa çatan təcrübəli mərkəz müdafiəçisi peşəkar futbolla vidalaşacaq.

Qeyd edək ki, bu ilin yanvar ayından "Fənərbaxça"da çıxış edir. İtaliya millisinin sabiq üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
12
sportal.az

10Mənbələr