AZ

İngiltərə millisinin üzvü "Nyukasl"a keçir

"Bornmut"un futbolçusu Lloyd Kelli mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi kkubla yayda başa çatan müqaviləsini uzatmayacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Nyukasl" artıq ingilis oyunçu ilə danışıqlara başlayıb. "Sağsağanlar" futbolçunu azad agent statusu ilə heyətinə qatacaq.

Qeyd edək ki, Lloyd Kelli "Bornmut"a 2019-cu ilin yayında "Bristol Siti"dən keçib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sportal.az

1Mənbələr