AZ

Qarabağ Universitetinə rektor təyin olundu - dosye

Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib.

İqtisad üzrə fəlsəfə doktoru olan 1979-cu il təvəllüdlü Ş.Bayramov uzun müddətdir təhsil sahəsində çalışır.

O, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə İqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə İqtisad Universitetinin doktoranturasına qəbul olunub.

2005-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

2005-2009-cu illərdə İqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində işləyib.

2012-ci ilin noyabrından 2017-ci ilin aprelinədək İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib.

2017-ci ilin aprelindən 2019-cu ilin iyulunadək Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsini icra edib.

Azərbaycan Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
15
buta.media

10Mənbələr