AZ

“Yeni imtahan binası Azərbaycanda imtahanların elektronlaşmasına kömək edəcək“ - EKSPERT FİKİR BİLDİRDİ

“Dövlət İmtahan Mərkəzi 30 ildən çoxdur ki, Azərbaycanda obyektiv, əlçatan və şəffaf imtahan keçirən bir qurumdur. Həmçinin DİM-in imtahanlarının beynəlxalq etibarlılığı var. Ən vacib məqam isə biliyin qiymətləndirilməsidir ki, DİM bu meyarı əsas götürüb. Artıq DİM beynəxlalq imtahanları da həyata keçirir, bu isə böyük bir işdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, DİM-in yeni imtahan binası çox yaxşı infrastruktura malikdir: “Qeyd edim ki, imtahan binasında 1700 şəxs eyni anda imtahan verə bilər ki, bu da kifayət qədər yaxşı nəticədir. Hesab edirəm ki, müasir standartlar çərçivəsində qurulmuş imtahan binası Azərbaycanda imtahanların elektronlaşmasına kömək edəcək, həmçinin imtahan nəticələrinin qısa zaman ərzində elan olunmasına imkan yaradacaq.

DİM proqnozlaşdırır ki, yeni imtahan binasında gələcək zamanda orta məktəb şagirdləri üçün müxtəlif imtahanlar keçirsin. Bu yaxşı haldır. Lakin nəzərə almaq lazımdır ki, hər bir şagirdin kompyuteri yoxdur ki, həmin formata uyğunlaşsınlar. Yəni, bizim şagirdlərimiz məktəbdə kompyuterlə hər hansı imtahan vermirlər və məktəblər də kompyuterlə təchiz olunmayıb.

Elektron imtahanlar olduqca yaxşıdır, amma kağız daşıyıcı ilə keçirilən imtahanlarda valideyn və müəllimlər sonrada müəyyən iradlar bildirə bilirdilər. Lakin elektron imtahanlarda səhv suallar düzəldilmiş halda da təqdim oluna bilər. Yəni, bu cür müəyyən problemlər olacaqdır. Ümumilikdə isə DİM-in yeni imtahan binası kifayət qədər yaxşı formada təşkil olunub”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sia.az

1Mənbələr