AZ

Nevroloq onurğa sütununu necə sağlam saxlamağı izah edib

Həkimlər fiziki fəaliyyət və düzgün bədən mövqeyinin həyat boyu onurğanın sağlamlığında mühüm rol oynadığına dair fikirlərini bildiriblər.

Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, ekspert Mixail Eremuşkin daha aktiv hərəkət etməyi, o cümlədən pilləkənlərdən istifadə etməyi və düzgün oturmağı tövsiyə edib.

O, skolyozdan və ya bel ağrısından əziyyət çəkənlər üçün ən yaxşı oturma variantını təklid edib. Bu onurğada stressini minimuma endirən adi taxta taburetdir.

Nnevroloq İrina Şarinovanın fikrincə, dayaq-hərəkət sisteminin, o cümlədən onurğa sütununun vəziyyətini yaxşılaşdırmağa kömək edən çiqonq və tai çi kimi qədim şərq sağlamlıq texnikaları da müsbət nəticə verir.

Mütəxəssislər həmçinin xeyli hündürlüyə qalxmalı olsan belə, pilləkənlərsən istifadəniməsləhət görüblər. Bütün bu tövsiyələr, həkimlərin fikrincə, ömür boyu belinizi sağlam sağlam saxlamağa kömək edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
aztibb.az

1Mənbələr