AZ

Təkər və disk oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

1200 manat dəyərində təkər və disk oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 18-nə keçən gecə Novxanı kəndi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından 1200 manat dəyərində təkər və disk oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Yaşar Ziyadov müəyyən olunaraq saxlanılıb.

 Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
avtosfer.az

1Mənbələr