AZ

Fikrət Sadıqov: "Baş verən faciəvi hadisə Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilməz"

“Ağır hadisədir. İranın dövlət rəhbəri və rəsmi nümayəndə heyəti faciəvi şəkildə həlak olub. Əlbəttə ki, bu hadisə bizi narahat etməyə bilməz. Dövlət başçımız narahatlığını, dəstəyini bildirdi, İrana kömək təklif etdi, faktiki olaraq lazımi tapşırıqlar da verdi. Qeyri-adi bir haldır. Dövlət başçısı ilə birgə bir neçə rəsmi şəxs həlak olur... Bununla bağlı müxtəlif versiyalar irəli sürülə bilər. Təbii ki, heç bir versiya istisna deyil. Lakin hansı versiyasının daha doğru olduğu haqqında danışmaq çox çətindir. Araşdırmalar aparılmalıdır. Nəticə çıxarmaq hələ tezdir. Hansısa qüvvələrin helikopter hadisəsində əli olması da istisna deyil. Məncə, hazırda bu məsələ ilə bağlı versiyalar irəli sürərkən çox ehtiyatlı olmaq lazımdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib. 

 

F.Sadıqov bildirib ki, baş verən faciəvi hadisə Azərbaycan-İran münasibətlərinə xələl gətirə bilməz: “Çünki İranla əməkdaşlığımız konkret müqavilələr, sazişlər, layihələr üstündə qurulur. Gələcəkdə də bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Düşünürəm, İranla Azərbaycan arasındakı münasibətlər bundan sonra da normal səviyyədə cərəyan edəcək. İbrahim Rəisi Azərbaycanda olarkən bu faktlar öz təsdiqini tapıb”. 

 

Aytəkin Qardaşova 

Tarix: 20 May 2024, 12:36   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
pravda.az

2Mənbələr