AZ

Daha bir idmançımız dünya çempionu oldu

Azərbaycanlı para-atlet Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T12 kateqoriyasında çempion olub.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə qızıl medal qazanıb.

Bu, 25 yaşlı Avropa çempionunun ilk dünya “qızıl”ıdır. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdı. Səid Nəcəfzadə Tokio Paralimpiadasının bürünc medalçısıdır.

İki gün əvvəl para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandaya ilk qızıl medalı qazandırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
24
sportal.az

8Mənbələr