AZ

İmişlidə “xanlıq” edən kimdir?- Fuad Kərimov özünə imperiya qurub -İDDİA

İmişlidə məmur özbaşnalığı hökm sürür. Özündən əvvəlki məmurların həbsi hələ də bəzi məmurlara dərs olmur. Çox uzaq tarix deyil, elə İmişli rayonunda bir neçə dövlət məmuru həbs edilmişdi. Gözləmək olardı ki, bu həbslərdən  məmurlar nəticə çıxaracaq. Amma görünən odur ki, bu həbslərdən onlar heç bir nəticə çıxarmayıblar. Belə ki, İmişli rayonu İcra Hakimiyyətinin  İmişli şəhəri üzrə nümayəndəsi  Fuad Kərimov  sələflərinin işini davam etdirir.  Bir sözlə Fuad Kərimov öz ampulasındadır. Rayon ərazisində obyektlərinin sayı hesabı olmayan bu şəxs bir qədər də irəli gedərək rayon ərazisində fəaliyyət göstərən dükan və marketlərin sahiblərindən haqq yığmaqla da ad çıxarıb. Bu barədə saytımıza bir qrup narazı sahibkar bildirib. İddiaya görə Fuad Kərimov  narazılığını bildirənlərə  “Mən rayonun meriyəm istəsəm dükanı bağlatdıraram” deyərək hədə-qorxu gəlir. İddia edilir ki,  İmişli sakinləri arasında “Moştanın oğlu” deyərək çağırılan Fuad Kərimov diplomu belə saxtadır.

Adının açıqlanmasının istəməyən mənbəmiz bildirir ki, Fuad Kərimovun  Rusiyada  təhsil alması belə yalandır.Onun   Azərbaycanda diplomu tanınmayıb. Əyləncəyə meyilli olan bu adam gününün çox hissəsini çayxanalarda keçirir. Məgər İmişli RİH-başçısı E.Rzayev bunları görmür?

Ardı növbəti sayımızda…

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Vətəninfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
moderator.az

2Mənbələr