AZ

““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır…” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..

“Zəng vurub dedim ki: “A qızım, mən müsahibəmdə sizə elə söz deməmişəm axı…” Xanım jurnalist köksünü ötürüb belə cavab verdi: “Yaxşı, onda təkzib verərik”. Dedim ki, qızım, necə təkzib verəcəksiz; yazacaqsınız ki, polis rüşvət alır?..”
 
“Niyə sizləri yalnız polisin rüşvət alıb-almaması düşündürür? Məgər 1988-1990-cu illərdə hələ ordumuz, müdafiəmiz olmayanda Qarabağ və ətraf rayonlarda, Ermənistanla sərhəddə erməni terrorçuları ilə döyüşə atılıb sinələrini sipər edən, qəhrəmanlıqla vuruşan, şəhid olan polislər olmamışdımı?!.”
 
Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş  üzrə İdarəsinin sabiq  rəisi, istefada olan polkovnik Mehman Mehmanovun özününqələmə alaraq redaksiyamıza yolladığı, iş fəaliyyəti zamanı başına gəlmiş növbəti maraqlı epizodlardan birini də Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
Ağacda qalıb yetişmiş meyvə kimi xatirələr də müəyyən vaxtdan sonra şirin görünür... 1994-1995-ci illər idi... Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş  üzrə idarə  rəisi vəzifəsini daşıyırdım. Rəhbərlikdən tapşırıq aldım ki, “Azadlıq” qəzetinə geniş müsahibə verim. Müxalifətcilərlə onlara məxsus mətbuat vasitəsi ilə ünsiyyət yaratmaq, təbii ki, xeyirxah məqsəddən irəli gəlirdi və taleyüklü məsələlərin həllində vahid mövqedən çıxış etmək gərəkliyi yaradırdı. O vaxtlar çox dəbdə olan ifadə ilə desək, milli müstəqilliyimizin kövrək məqamlarını, keçid mərhələsini yaşayırdıq.  Müxalifət qəzetləri bir çox hallarda ağına- bozuna baxmadan əsassız  yazılar dərc edir, məhkəmə perspektivləri yaradırdılar. Lakin əksər hallarda məhkəməyə müraciət olunmurdu.  Məhz bu cür təşəbbüslər bir çox hallarda müsbət nəticə verir; jurnalistlərlə belə əlaqə, ünsiyyət sayəsində  bəzən ”Azadlıq”, “Müşavat” qəzetlərinə polis əməkdaşlarının fəaliyyəti haqda yanlış mənbələr əsasında  dərc edilən xəbərlərin çoxu ilə əlaqədar təkziblər verilməsinə nail olurduq...
 
Xülasə, “Azadlıq” qəzetindən səhv etmirəmsə, Zülfiyyə adlı bir qız müxbir gəldi və maraqlı söhbətimiz alındı. Jurnalist xanım israrla sübut etməyə çalışırdı ki, polislər lazım gələndə adamın cibinə narkotik maddə qoyub tuturlar. Onu inandıra bildim ki, bunlar hamısı şayiələrdir, ağız sözləridir; kimisə narkotik satışında-filanda ittiham etmək üçün yetərincə araşdırmalar aparılmalı, zəruri əməliyyat tədbirləri həyata keçirilməlidir...
 
Bəli, həmin günün sonunda jurnalist qız mənə zəng vurdu ki, yazı axşam çapa gedir. Müsahibənin siqnal variantına baxmağa lüzum görmədim. Ertəsi gün “Azadlıq” qəzetinin manşetində iri hərflərlə yazılmışdı mənim verdiyim müsahibənin başlığı yazılmışdı: “Polis rüşvət almır…”
 
Sürücüm otağa gəlib dedi ki, Mehman müəllim, o müsahibəniz çıxandan sonra camaat arasında söz-söhbət gəzir ki, rəis hər şeyi öz arşını ilə ölçür...
 
Zülfiyyə xanıma zəng vurub dedim ki: “A qızım, mən müsahibəmdə sizə elə söz deməmişəm axı…”
 
Xanım jurnalist köksünü ötürüb belə cavab verdi: “Yaxşı, onda təkzib verərik”.
 
Dedim ki, qızım, necə təkzib verəcəksiz; yazacaqsınız ki, polis rüşvət alır?.. Niyə sizləri yalnız polisin rüşvət alıb-almaması düşündürür? Məgər 1988-1990-cu illərdə hələ ordumuz, müdafiəmiz olmayanda Qarabağ və ətraf rayonlarda, Ermənistanla sərhəddə erməni terrorçuları ilə döyüşə atılıb sinələrini sipər edən, qəhrəmanlıqla vuruşan, şəhid olan polislər olmamışdımı?! Bu şərəfli yolda minə yaxın polis əməkdaşı həyatını qurban vermiş, yüzlərlə əməkdaş ağır yaralanmış, neçəsi itkin düşmüşdür. Bu gün də onlarla polis əməkdaşının ailə üzvləri onların yollarını gözləyirlər...
 
Yaxşı xatırlayıram, ağsaqqal bir kişi iş otağıma daxil olub sükut içində kresloya çökdü. Handan-hana başını qaldırıb dərin hüznlə: “Ay oğul, gözüm çıxır. Adamların arasında axtarmaqdan doymuşam, indi gözlərim göydə, buludların arxasında axtarır oğlumu. Amandı, heç olmasa, övladımın “öldü” xəbərini deyin, vallah, qurban kəsəcəm. Məlum oldu ki, oğlu Xüsusi Dövlət Müəssisələrinin mühafizəsi alayının əməkdaşı imiş, Qarabağ savaşında itkin düşüb….
 
Bir dəfə də, Zəngilan Rayon Polis Şöbəsi müəssisədən kənar Mühafizə şöbəsinin rəisi olmuş  rəhmətlik Əziz Paşayev düşmənlərimizlə  savaşda  itkin düşmüş polis leytenantı olan  oğlunun foto-şəklini qoymuşdu qarşıma. Elə bil, Allah qələmlə çəkmişdi... Elə gözəl oğlandı….Başımı qaldıranda gördüm, kişi sanki kösövə dönüb, alovdan qarsalanıb elə bil… 
Müxbirə dedim ki, Zülfiyyə xanım, axı, mən sizə bunları söyləmişdim... Suallarıma sükutdan başqa heç bir cavab almadım...”
 
“ “Azadlıq” qəzetində mənim adımdan verilmiş “Polis rüşvət almır…” başlıqlı müsahibə başımı necə ağrıtdı?..
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
1
moderator.az

2Mənbələr