AZ

Səid Nəcəfzadə dünya çempionu oldu

Azərbaycanın paraatleti Səid Nəcəfzadə Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,3 metr nəticə ilə birinci olub.

Daha əvvəl Avropa çempionu olmuş idmançımız ilk dəfə mundialda qızıl medala yiyələnib. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medala sahib çıxmışdı. İdmançı Tokio paralimpiadasının bürünc medalçısıdır.

Xatırladaq ki, iki gün əvvəl paraatlet Lamiyə Vəliyeva da 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
arena.az

10Mənbələr