AZ

Yevlaxda qadın öldürüldü: Əri şübhəli şəxs qismində tutuldu

Mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi faktı aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.
 
Bildirilib ki, araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Mətləb Şükürov Yevlax Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
30
moderator.az

10Mənbələr