Son bir ildə Liviyada partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyasının (UNSMIL) rəsmi internet səhifəsində edilən paylaşımda 2024-cü ilin aprelindən əvvəl Liviyada mina və partlayıcı maddələr nəticəsində həyatını itirən və yaralananlar haqqında məlumat verildi.
Paylaşımda 2023-cü ilin aprel ayından bu günədək partlayıcı maddələrlə bağlı yaşanan hadisələr nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyası son 5 ildə partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 400-dən çox insanın yaralandığı və ya öldüyü qeyd edilib.
Paylaşımda həmçinin Liviyada müəyyən edilən təhlükəli ərazilərin təxminən 36 faizinin təmizləndiyi, təxminən 436 milyon kvadratmetr ərazinin isə hələ də təmizlənmədiyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta