AZ

Məşhur rok-qrupun üzvü dünyasını dəyişib

Məşhur

Məşhur “Staind” rok-qrupunun üzvü Con Visokki vəfat edib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, “Staind” rok qrupunun yaradıcılarından biri kimi tanınan zərb alətləri ifaçısı C. Visokki 54 yaşında dünyasını dəyişib. Ölümün səbəbi kimi qaraciyər probleminin olduğu göstərilir. Bu səbəbdən musiqiçi son vaxtlar həkimlərin nəzarətində olub.

Xatırladaq ki, “Staind” rok-qrupu 1995-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfild şəhərində yaradılıb. Qrup Wisockki ilə birgə altı albom buraxıb.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
reyting.az

1Mənbələr