AZ

Emil Mustafayev qol vurdu, “Polesye” xal itirdi - Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turu çərçivəsində baş tutan “Metallist 1925” komandası ilə matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb və meydanı məhsuldar heç-heçə ilə tərk edib – 3:3. Emil bu görüşə start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 10-cu dəqiqədə Mustafayev vurub. O, meydanı tərk edəndə hesab 3:1 komandasının xeyrinə olsa da, qısa müddət ərzində 2 qol buraxan “Polesye” qələbəni əldən verib.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 21 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev bu ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 2 oyuna çıxsa da, fərqlənə bilməyib.

Yeri gəlmişkən, Azərbaycan millisinin sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” da Ukrayna çempionatında növbəti matçına çıxıb. Sözügedən komanda bu turda səfərdə Poltava “Vorskla”sı ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyun “Obolon”un məğlubiyyəti ilə yekunlaşıb – 1:3. Dmitri də bu matçın iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.

29 turdan sonra 47 xala malik “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 26 xalla 13-cü pillədə qərarlaşıb.

“Obolon” və “Polesye” Ukrayna Premyer Liqasında növbəti matçlarını mayın 25-də keçirəcəklər. “Obolon” 2023/2024 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində “Aleksandriya”nı, “Polesye” isə Donetsk “Şaxtyor”unu qəbul edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
6
arena.az

10Mənbələr