AZ

Rəsmi Bakı İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahyanin, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu acı gündə Azərbaycan qardaş və dost İran İslam Respublikası ilə həmrəydir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
49
yenicag.az

10Mənbələr