AZ

RƏİSİNİ MÜŞAİYƏT EDƏN HELİKOPTERLƏR GERİ DÖNƏRƏK 20 DƏQİQƏ ONU AXTARIB: "Prezidentlə olan iki nəfərlə..."

"İbrahim Rəisinin olduğu helikopterdəki iki nəfərlə dəfələrlə əlaqə yaradılıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın vitse-prezidenti Muhsin Mənsuri bildirib.

İran-Azərbaycan sərhədində bəndin açılış mərasimindən sonra ölkəyə qayıdan prezident Rəisinin karvanında 3 helikopterin olduğunu qeyd edən Mənsuri qeyd edib ki, prezident Rəisinin olduğu helikopterlə yerli vaxtla saat 13.30-da əlaqə kəsilib. "Digər 2 vertolyot təxminən 15-20 dəqiqə  bölgədə Rəisinin olduğu vertolyotu axtarıb, lakin görsəl təmas yarada bilməyiblər. Hazırda 2 kilometr diametrli ərazidə axtarışlar davam edir. Yağış və dumana görə hadisə yerinə yetişmək çətindir..."

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
4
mia.az

5Mənbələr