AZ

Rəisinin qəzası: hansı ölkələr necə reaksiya verdi?

Xəbər verdiyimiz kimi, 19 mayda İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopter Şərqi Azərbaycan vilayətində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, qəza dağlıq və meşəlik ərazidə baş verdiyi üçün axtarış-xilasetmə işlərində ciddi çətinlik yaranıb. Belə ki, helikopterləri axtarışa cəlb etmək mümkün olmayıb, yalnız xilasedici qruplar cəlb edilib.

Qəzadan dərhal sonra ilk reaksiya verən ölkələrdən biri də Azərbaycandır. Azərbaycan Prezidenti Əliyev rəsmi səhifəsindən hadisədən üzüldüyünü və hər cür yardıma hazır olduğunu bildirib.

Daha sonra Türkiyə eyni mövqe sərgiləyib və İran XİN-in xahişinə anında reaksiya verərək, gecə axtarışı aparmağa imkan verən helikopterlə xilasedici qrup və alpinistlər göndərib.

AB öz peyk sistemindən İran prezidentinin helikopterinin axtarışına kömək etmək üçün istifadə etməyə başlayıb.

İraq xilasedici qruplar yaradıb və göndərməyə hazır olduğunu elan edib.

Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Suriya da yardım təklif edib, Misir, Kuba kimi ölkələr isə narahatlıqlarını ifadə ediblər.

ABŞ, AB, İtaliya və s. prosesi “diqqətlə izlədiklərini” bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
axar.az

2Mənbələr