AZ

Arda Güler son 5 oyunda 5-ci qolunu vurdu

"Real"da çıxış edən Türkiyə millisinin üzvü Arda Güler bu gün dubl edib.

QOL.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi La Liqanın 37-ci turunda "Vilyarrea"la keçirilən görüşün 14-cü dəqiqəsində hesabı açıb. O, 45+2-ci dəqiqədə 2-ci qolunu vurub.

Beləliklə, gənc futbolçu meydana çıxdığı son 5 oyunda 5-ci qolunu (ümumən isə 6-cı qolu) vurub.

Oyun isə 4:4 hesabı ilə başa çatıb. "Vilyarreal"ın heyətində Aleksanr Şarlot poker edib.

"Vilyarreal" - "Real" - 4:4

Qollar: Arda, 14 (0:1), Xoselu, 30 (0:2), Şarlot, 39 (1:2), Lukas, 40 (1:3), Arda, 45+2 (1:4), Şarlot, 48 (2:4), 52 (3:4), 56 (4:4) 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
5
525.az

6Mənbələr