AZ

Türkiyə İranda qəzaya uğrayan helikopterini axtarışı üçün xilasedicilər göndərib

Bakı. Trend:

Türkiyə hökuməti rəsmi Tehranın xahişi əsasında İran Prezidentiİbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgəyə gecəgörmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplargöndərib.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəOlunması Agentliyinin (AFAD) paylaşımında bildirilib.

Məlumata əsasən, İran tərəfinin dəstək xahişi AFAD-a TürkiyəXarici İşlər Nazirliyinin kanalları ilə daxil olub.

Qəza bölgəsinə Türkiyənin Van və Ərzurum vilayətlərindən 32xilasedici ilə 6 nəqliyyat vasitəsi göndərilib. Həmçinin, Ankara,Diyarbəkir və Konya vilayətlərindən də ümumilikdə 45 xilasedicihazır vəziyyətə gətirilib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlərnaziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrənümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətininvalisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterinsərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfəəlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
az.trend.az

1Mənbələr