AZ

Dava edən qonşuları ayıran qadın boğazından bıçaqlandı

Bakının Sabunçu rayonunda iki qonşunun davası bir qadının ağır xəsarətinə səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Sözügedən qəsəbədə küçədə iki qonşu qadın əlbəyaxa olublar.

Həmin vaxt onların qonşusu 1978-ci il təvəllüdlü Əliyeva Rübabə Teyyub qızı onları sakitləşdirmək istəyib.

Tərəflər arasında davanın qarşısını almaq istəyən R.Əliyeva boğaz nahiyyəsindən bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
13
konkret.az

10Mənbələr