AZ

Türkiyə İrana axtarış-xilasetmə qruplarını göndərib

Türkiyə İran prezidentinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün 32 alpinist axtarış-xilasetmə heyəti və 6 avtomobilin bölgəyə yola düşdüyünü açıqlayıb.

“Operativ Media” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

“Bu gün İran prezidenti cənab İbrahim Rəisini daşıyan helikopterin İran-Naxçıvan sərhədində qəzaya uğraması ilə bağlı məlumat aldıq. İran Xarici İşlər Nazirliyi vasitəsilə ölkəmizdən gecə fəaliyyət göstərə bilən axtarış-xilasetmə helikopteri istəyib. Türkiyədən 32 alpinist axtarış-xilasetmə heyəti və 6 nəqliyyat vasitəsi bölgəyə gəlmək üçün yola düşdü. Bundan əlavə, Ankara, Diyarbəkir və Konyadan olan hər biri 15 nəfərdən ibarət alpinist axtarış-xilasetmə heyətimiz hazır vəziyyətdədir. Biz hadisələri izləyirik”, - deyə AFAD-ın yaydığı məlumatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
21
operativmedia.az

10Mənbələr