AZ

Axtarış qrupları helikopterin sərt eniş etdiyi məkana çatmayıblar – İran daxili işlər naziri

Hələlik axtarış qrupları İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi məkana çatmayıblar.

E-huquq.az-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

Onun sözlərinə görə, helikopterin sərt eniş etməsindən sonra bütün qüvvələr səfərbər edilib. Bütün qruplar, o cümlədən İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), ordu, hüquq mühafizə orqanları, Qırmızı Aypara Cəmiyyəti, sosial qruplar və bütün kəndlilər könüllü şəkildə İran prezidentini aparan helikopterin qəzaya uğradığı məkanı tapmağa çalışırlar.

İranlı nazir qeyd edib ki, ərazi çətin relyefli, meşəlik və sıldırım qayalıdır. Həmçinin güclü yağış yağır və görmə radiusu çox məhduddur.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
e-huquq.az

3Mənbələr