AZ

İran Prezidentinin qəzaya uğradığı helikopter tapılıb - Prezident Rəisi isə... + FOTOLAR

İran Prezidentinin qəzaya uğradığı helikopter tapılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi dövlət televiziyasına istinadən məlumat yayıb.

Prezident Rəisinin və helikopterdəki digər rəsmilərin vəziyyəti ilə bağlı təfərrüatlar yoxdur.

Vitse-prezident Mohsen Mansuri deyib ki, Rəisinin qəza enişi edən helikopterində olan iki nəfərlə əlaqə saxlanılıb.

ISNA-nın məlumatımna görə, bunu vitse-prezident Mohsen Mansuri deyib.

"Qəzadan sonra helikopterdə olan iki nəfərin bizim həmkarlarla əlaqə saxlaması ümidlərimizi artırır", - Mansuri bildirib.

Qeyd edək ki, bir qədər əvvəl xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.

Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.

Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
azpolitika.info

2Mənbələr