AZ

Türkiyə İranda baş verən helikopter qəzası ilə bağlıhər cür dəstəyi verməyə hazırdır - Ərdoğan

Bakı. Trend:

İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və onun rəhbərliketdiyi nümayəndə heyətinin helikopter qəzasına düşməsi bizi çoxkədərləndirdi.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti RəcəbTayyıb Ərdoğan öz "X" səhifəsində bildirib.

"Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyətiilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hərcür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim.

Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinəxalqım adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənabPrezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümidedirəm", - deyə Türkiyə Prezidenti bildirib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlərnaziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrənümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətininvalisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterinsərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyefçətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çatabilməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
25
az.trend.az

10Mənbələr