AZ

“Ən qısa zamanda xoş xəbər alacağıma ümid edirəm” – Ərdoğan

“İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi”.

KONKRET.az xəbər verir ki, bunu rəsmi Teleqram kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim.

Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm”, – deyə Ərdoğan qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
31
konkret.az

10Mənbələr