AZ

Rusiya Avropanın ümidi olan qaz anbarını vurdu

Rusiya Ukraynanın ən böyük qaz kompressor stansiyasına zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə “Military Observer” məlumat yayıb.

Məlumata görə, “Bilçe-Volitsa” ölkənin qərbində, Lvov vilayətində yerləşir. Bu, Avropada ikinci ən böyük qaz kompressor stansiyasıdır. Obyektə xeyli ziyan dəydiyi barədə məlumat yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib.

Ukrayna KİV-nin məlumatına görə, Rusiya zərbəsi nəticəsində bütün əsas binalar dağılıb: əsas idarəetmə pultu, texniki xidmət və təmir bölməsi, inzibati bina, nəzarət-buraxılış məntəqəsi və təhlükəsizlik məntəqəsi. Yalnız köhnəlmiş qaz kəmərləri sağ qalıb.

Stansiya 1985-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə obyekt modernləşdirilib və Avropadan gələn qazın yeraltı anbarı kimi istifadə oluna bilib. Onun gücü böyük həcmdə qazın nəqlinə imkan verir ki, bu da stansiyanı mühüm enerji infrastrukturu obyektinə çevirib.

Bloomber 2023-cü ilin iyununda yazmışdı ki, Avropa rəsmiləri artıq qazı Ukraynadakı anbarlarda, o cümlədən Bilçe-Volitsko-Uherskidə saxlamaq variantını nəzərdən keçirirlər. Ötən il Avropa şirkətləri bu anbarlara 2 milyard kubmetrə yaxın qaz toplamışdı, bu il həcmin daha da artırılması nəzərdə tutulurdu.

Bu, artıq ikinci dəfədir ki, Rusiya həmin anbarın infrastrukturuna zərbə endirir. Məqsəd Avropanı və Ukraynanı ehtiyat toplamaq imkanından məhrum etmək, Kiyevi öz ərazisindən Rusiya qazının nəqlini davam etdirməyə məcbur etməkdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
bakuinform.agency

2Mənbələr