AZ

Helikopterin axtarışı pis hava şəraiti ilə ÇƏTİNLƏŞDİ

İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı ehtimal edilən əraziyə 4 xilasedicilər qrupu gəlib.

Publika.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahının rəhbəri Raziyə Əlişundi IRIB telekanalında məlumat verib.

İşlərə 46 əməliyyat qrupu və xilasedici itlər cəlb olunub. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd də qəzanın iddia edilən koordinatlara gedib.

Bundan əvvəl axtarış qruplarından biri Raisi helikopterinin təcili eniş yerinə gəlib. Helikopterin axtarışı pis hava şəraiti ilə çətinləşib .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
publika.az

10Mənbələr