AZ

Xilasedicilər hadisə yerinə yaxınlaşsalar da, helikopter hələ də tapılmayıb - VİDEO

Xilasedicilər hadisə yerinə yaxınlaşsalar da, helikopter hələ də tapılmayıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri Tasnim agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Onun sözlərinə görə, Qızıl Ayparanın nəzarət qrupları, xilasetmə qrupları, alpinistlər və xalq qrupları prezident helikopterinin qəzaya uğramasının mümkün koordinatlarına yarım saatdan az müddətdə çatacaqlar.

Sinoptiklərin bildirdiyinə görə, yaxın 2 saat ərzində ərazi həddindən artıq soyuqlaşacaq və xilasedicilərin irəliləməsini qeyri-mümkün edəcək, ona görə də xilasetmə qrupları həmin yerə tez çatmaq üçün bütün səylərini göstərirlər.
 

Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
bizim.media

2Mənbələr