AZ

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti Ankaraya səfər çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) turizm fakültəsini ziyarət edib.

MDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, ziyarət MDU və AHBVU-nun birgə təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası (5th International Travel and Tourism Dynamics - ITTD 2024) konfransı çərçivəsində baş tutub.

Konfransdan sonra MDU nümayəndə heyəti AHBVU turizm fakültəsinin tədris şəraiti ilə tanış olub, dərs otaqlarına, laboratoriyalara və digər tədris infrastrukturlarına baxış keçirib.

Daha sonra heyət üzvləri AHBVU turizm fakültəsinin dekanı, professor İrfan Yazıcıoğlu ilə görüşüblər.

Görüşdə universitetlər arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub, MDU-da turizm fakültəsinin qurulması istiqamətində birgə işlərin başa çatdırılmasının önəmi vurğulanıb və işbirliyinin davamlı inkişafı üçün gələcəkdə həyata keçirilə biləcək mümkün ortaq fəaliyyətlər müzakirə edilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq layihələrdə birgə iştirakın təmin edilməsi, akademik mübadilə, ənənəvi və onlayn formatda ortaq konfrans, seminar və ustad dərslərin davam etdirilməsi faydalı olacaq.

Nümayəndə heyətinin tərkibində MDU rektorunun müşavirləri, Hamiz Mahmudov və Ramin Məmmədov, AHBVU və Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları, Evren Güçer və Cemal Yılmaz təmsil olunublar.

Qeyd edək ki, turizm təhsilinin məzmununun təkmilləşdirilməsi məqsədilə MDU-da bu sahədə Türkiyənin nüfuzlu universitetlərindən olan AHBVU-nun turizm fakültəsi ilə işbirliyinə xüsusi önəm verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
tehsil.biz

2Mənbələr