AZ

“Bu mövsümün nəticələri “Çelsi”yə layiq deyil” – Silva

“Çelsi”nin mərkəz müdafiəçisi Tiaqo Silva komandasının cari mövsümdəki çıxışı haqda danışıb.



Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Çelsi”də oynamağın nə demək olduğunu bildiyini deyib:



“Mən bu klubun formasını geyinməyin nə demək olduğunu bilirəm. Burada qalan uşaqlara deyəcəklərim var. Onlar “Çelsi”də oynamalarını əsaslandırmalıdırlar. Bu mövsümün nəticələri belə kluba layiq deyil. Növbəti oyunda uşaqlar daha yaxşı çıxış etməlidirlər”.



“Zadəganlar” Premyer Liqanın son turu öncəsi turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Maurisio Poçettinonun yetirmələri son matçda “Bornmut”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərcelsi tiaqo Silva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
komanda.az

1Mənbələr