AZ

Şəhidin xatirəsinə həsr edilən turnir keçirilib - VİDEO

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir keçirilib.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət Himni səsləndirilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib, onun qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağ düşmən işğalından azad edilib və dövlətimizin ərazi bütövlüyü bərpa edilib. Bununla da Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanğıcı qoyulmub.

Qeyd edək ki, şəhid polis çavuşu İlham Kazımovun xatirəsinə həsr edilən vətənpərvərlik futbol turniri Bakıda Cüdo Federasiyasının Təlim-məşq Mərkəzində keçirilmişdir.

Bildirilir ki, turnirdə 12 yaşlılardan ibarət komandalar mübarizə aparmışdır.

14 may tarixində start götürülmüş turnirdə "Zirvə" FK, "Fənər Bakı" FK, "Qarabağ" FK, "Young Pro" FK, "Liman" FK və "Ulduz" FA iştirak etmişdir.

Turnir 17 may tarixində başa çatmışdır.

Şəhidin yaxınları turnirə dəstək göstərən şəxslərə təşəkkürünü bildirmişdir.

Tədbirdə 2-ci Qarabağ Müharibəsinin iştirakçıları iştirak etmiş və çıxışlar etmişlər!

Məlumat üçün qeyd edək ki, Kazımov İlham Cəbrayıl oğlu 1960-cı ildə Naxçıvan MR Sədərək kəndində anadan olmuşdur. Ermənilərin 1990-cı ilin yanvar ayında Sədərək kəndinə ilk basqını zamanı könüllü dəstələrin tərkibində onlara qarşı mərdliklə vuruşub. 1991-ci ilin yanvar ayında Sədərək rayon Polis şöbəsi yarananda ilk olaraq polis sıralarına daxil olanlardan biri də İlham oldu.İlham həmişə vətənsevərliyi,mərdliyi və qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olmuş və postlarda olduğu zaman ayıq - sayıqlığı ilə fərqlənmişdir.

1992-ci ilin may ayının 18-də ermənilərin “Ucu biz" dağına hücumu zamanı onlara qarşı qeyri - bərabər döyüşdə son gülləsinədək vuruşaraq digər qəhrəman oğullarımızla birlikdə ŞƏHİDLİK zirvəsinə yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci il tarixli № 725-li Fərmanı ilə "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif olunmuşdur.

Mənbə: aqreqator.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
274
4
aqreqator.az

5Mənbələr