AZ

Beş aydan sonra meydana çıxan Mahir Emrelidən AÇIQLAMA

Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı.

"Ölkə.az" xəbər verir ki, bunu Azərbaycan milli komandasının və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun hücumçusu Mahir Emreli deyib.

26 yaşlı futbolçu şəxsi "Instagram" hesabında beş aylıq fasilədən sonra meydana çıxmağın sevindirici hal olduğunu bildirib: "Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən M.Emreli Xorvatiya çempionatının XXXV turu çərçivəsində "Slaven Belupo" ilə matçın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş "Dinamo"nun qələbəsi (3:2) ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
9
paralel.az

10Mənbələr