“Silahlı qüvvələr, ordu, SEPAH və polis komandanlığı səhər saatlarından İran pezidentinin qəzaya uğradığı ərazidədir və araşdırma aparır”.
Azpost.info bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi açıqlamasında bəyan edib.
“Ordu və polis komandanlığı, texnikası və imkanları yardım göstərmək və qəzanın araşdırılması üçün istifadə edilməlidir” -deyə o vurğulayıb.