AZ

Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Cəlilabadda yeniyetmə 4 bıçaq xəsarəti alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində bıçaqlanıb. Onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurulduğu bildirilir.

Yeniyetmə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
7
nocomment.az

10Mənbələr