AZ

Türkiyədə sərnişin avtobusu dərəyə aşdı: Yaralılar var

Bitlis-Van avtomobil yolunda təxminən 20 sərnişinin olduğu avtobus Yoncabaşı kəndi yaxınlığında idarəetmədən çıxaraq dərəyə aşıb.

Avtosfer.az xəbər verir ki, qəza yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları gəlib.

Yaralı sürücü və altı sərnişin avtobusdan çıxarılaraq Tatvan Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Avtobusda olan digər sərnişinlər isə qəza yerinə gələn başqa avtobusla Vana aparılıb.

 

(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
avtosfer.az

2Mənbələr