AZ

"Komandada qalsam, bəzi futbolçularla yollarımızı ayıracağıq" - Elmar Baxşıyev

"Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 35-ci turunda bu gün "Qəbələ" ilə səfərdə keçirilən görüşdən (0:2) sonra mətbuat konfransında deyib.

Qələbəyə görə "Qəbələ"ni təbrik edən mütəxəssis sabiq komandasının yenidən əvvəlki adını qaytaracağına inandığını bildirib:  "Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik.

Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. "Qəbələ" Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, "Qəbələ" yenə əvvəlki ad-sanını bərpa edəcək".























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
12
525.az

10Mənbələr