Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
Publika.az xəbər verir ki, son oyun günündə "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri qələbə qazanıb - 2:0. Qarşılaşmada hesabı 50-ci dəqiqədə Osama Xalayla açıb. 87-ci dəqiqədə isə Əyyub Alaş ikinci qolu qonaqların qapısından keçirərək görüşdə yekun hesabı müəyyənləşdirib.
Bu nəticə ilə "Qəbələ" 26 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisinin isə 35 xalı var.