AZ

Media: İran prezidentinin helikopteri sərt eniş edib » AzadMedia.az



İran prezidenti Seyid İbrahim Rəisinin helikopteri sərt eniş edib. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə İranın Şərqi Azərbaycan əyalətində baş verib. Qeyd olunur ki, nümayəndə heyətinin üç təyyarəsindən yalnız ikisi təyinat yerinə çatıb. Hazırda xilasedicilər hadisə yerinə çatmağa çalışır.

Prezidentlə birlikdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahinin də olduğu iddia edilir.

Bundan əvvəl İran və Azərbaycan prezidentləri İbrahim Rəisi və İlham Əliyev sərhəddə görüşüb, Araz çayı üzərində yeni tikilən “Xudafərin” və “Qız-Qalası” su elektrik komplekslərinin açılış mərasimində iştirak ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
azadmedia.az

2Mənbələr