Sumqayıtda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə 18-ci məhəllədə baş verib

Tək yaşayan 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti bu gün yaxınları tərəfindən tapılıb. Onun bir neçə gün öncə öldüyü ehtimal edilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info