AZ

Xilasetmə əməliyyatından ilk görüntü - VİDEO

16 xilasetmə qrupu İran Prezidentini daşıyan helikopteri axtarır.

Adalet.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Ərazinin relyefiı və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatlarının müəyyən vaxt aparacağı bildirilir.

Axtarış əməliyyatının görüntülərini yerli telekanallardan biri yayıb.

Bundan əlavə, bəzi İran KİV-i İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu bildirsə də, ölkənin daxili işlər naziri deyib ki, “helikopterdəki şəxslərlə indiyədək əlaqə saxlaya bilməmişik”.

Şərqi Azərbaycan vilayətinin başçısı bildirib ki, prezidentin və helikopterdəki digər şəxslərin səhhəti barədə heç nə məlum deyil.

Mehr agentliyinin “İran prezidentinin vəziyyəti yaxşıdır” xəbəri digər İran mediası və mənbələri tərəfindən təsdiqlənmir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7
adalet.az

10Mənbələr