AZ

“Xilasedicilər hadisə yerinə gedir, Prezidentin yoldaşları ilə təmas olub” –İranın DİN rəhbəri

İranın daxili işlər naziri Əhməd Vahidi milli televiziyaya prezident karvanındakı helikopterlərdən birinin sərt eniş etdiyini təsdiqləyib.

“Müxtəlif xilasetmə qrupları hadisə yerinə tərəf hərəkət edir, lakin duman və pis hava şəraiti səbəbindən əraziyə çatmaq bir qədər vaxt ala bilər. İşlər nəzarət altındadır”, – Vahidi bildirib.

“Prezidentin yoldaşları ilə təmaslar olub. Lakin ərazinin dağlıq olduğunu və əlaqə yaratmaq çətin olduğunu nəzərə alsaq, ümid edirik ki, xilasetmə qrupları hadisə yerinə daha tez çatacaq və bizə daha çox məlumat verəcək”, – nazir əlavə edib.

Yerli İran mediası Vərzəqan bölgəsində güclü yağışın yağdığını və qatı dumanda xilasedicilərin və axtarış sistemlərinin hərəkətinin çətinləşdiyini yazır.

Qeyd edək ki, İran prezidentinin və dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
azpost.info

1Mənbələr