AZ

Gəncədə velosiped oğruları saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb.

Lent.az xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayət əməli ortaya çıxıb.

Belə ki o, vətəndaşa məxsus mənzildən elektrik naqilini də oğurlayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
big.az

3Mənbələr