AZ

İran prezidentinin olduğu helikopter sərt eniş etdi

Qəza Rəisi Azərbaycan Respublikası ilə ümumi sərhəddə bəndin açılışından sonra qayıdarkən baş verib.

Bildirilir ki, prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.

***
Helikopterin sərt eniş etməsi nəticəsində xəsarət alan olmayıb. İbrahim Rəisi sağ-salamat Təbrizə yola düşüb.

Şahanə Rəhimli
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
azvision.az

10Mənbələr