AZ

Ağsu dolaylarında asfalt çökdü: Hər iki istiqamətdə yol bağlandı

Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
38
yenisabah.az

10Mənbələr