AZ

2023-cü il Cənubi Qafqaz ölkələrində təbii artım göstəriciləri » AzadMedia.az


Azərbaycanda təbii artım əvvəlki illərlə müqayisədə azalsa da, hələ də Cənubi Qafqazda ən yüksək göstərici Azərbaycandadır.

Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanda 112.620 nəfər doğulub, 60.150 nəfər isə vəfat edib. Yəni, ötən il Azərbaycanda təbii artım (doğulanlar və ölənlər arasındakı fərq) 52.470 nəfərə bərabər olub.

Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Gürcüstanda vəfat edənlərin sayı doğulanların sayını ötüb. 2023-cü ildə ölkədə 42.756 ölüm, 40.214 doğum qeydə alınıb. Yəni, Gürcüstanda təbii artım deyil, 2542 nəfər azalma baş verib.

Ermənistanda isə 2023-cü ildə 36.265 doğum, 24.305 ölüm halı olub. Yəni, təbii artım göstəricisi 11.960 nəfər olub.

2023-cü il Cənubi Qafqaz ölkələrində təbii artım göstəriciləri:

Azərbaycan – 52.470
Ermənistan – 11.960
Gürcüstan - - 2542
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
3
azadmedia.az

4Mənbələr