AZ

Helikopteri qəzaya uğrayan Rəisinin vəziyyəti yaxşıdır - YENİLƏNİB

"İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir".

 

Modern.az xəbər verir ki, bu barədə "Mehr" Agentliyi məlumat yayıb.

 

***

17:08

 

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

 

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

 

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

 

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

 

 

***

16:52

 

 

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

 

Modern.az bu barədə “Report”a istinadən xəbər verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
modern.az

10Mənbələr