AZ

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudnev "İnterfaks"a deyib.

"Zərbələr olub, hazırda zavod bağlanıb, hüquq-mühafizə orqanları hadisə yerində işləyir", – o açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Krasnodar diyarının Slavyansk rayonunun başçısı Roman Sinyaqovski mayın 19-na keçən gecə sözügedən neftayırma zavodunun ərazisinə dron hücumunun olduğunu bildirmişdi.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
big.az

2Mənbələr