AZ

Bakıda sərnişin avtobusları toqquşdu – Yaralılar var

 
Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
Belə ki, “Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.
Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
43
yeniavaz.com

10Mənbələr